“Sabah” legioneri ilə yollarını ayırdı – Rəsmi

“Sabah” hücumçusu Pavol Şafranko ilə vidalaşıb.

Komanda.az kluba istinadən xəbər verir ki, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Pavol 2024-cü ildən “bayquşlar”ın uğurları üçün çalışırdı. O, “Sabah”ın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.

Futbolçu “Sabah”la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button