
“Qəbələ”nin pley-off matçındakı rəqibi bu gün bilinəcək
Bu gün Azərbaycan 1-ci Liqasında sonuncu turun oyunları keçiriləcək.
Komanda.az xəbər verir ki, 27-ci tur çərçivəsində ən vacib oyun Mingəçevirdə olacaq.
Belə ki, “Mingəçevir” və “Səbail” turnir cədvəlində 2-ci pillənin müqəddəratını həll edəcək görüşə çıxacaq. Bu matçda “Səbail”i heç-heçə qane edirsə, “Mingəçevir” yalnız qalibiyyət təqdirində 2-ci pilləni tutacaq və “Qəbələ” ilə Premyer Liqaya yüksəlmək üçün pley-off matçında oynamaq hüququ qazanacaq.
15:30 “Zaqatala” – “Şəfa”
17:00 “Şahdağ-Qusar” – “Baku Sporting”
17:00 “Mingəçevir” – “Səbail”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



