Laporta: “Növbəti mövsüm bundan daha çətin olacaq”

“Barselona”nın prezidenti Xuan Laporta növbəti mövsüm üçün gözləntilərini bölüşüb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Deku (idman direktoru) sakitcə öz işini görür və baş məşqçi Hans-Diter Flik yay üçün həyəcanlı görünür. Növbəti mövsüm bundan daha çətin olacaq, tələblər daha yüksək olacaq. Oyunçular öz tarixlərini yazdıqlarını anlayırlar”.

“Barselona” bu mövsümü La Liqa çempionu kimi başa vurur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button