“Braziliya millisinin futbolçuları çox əziyyət çəkiblər”

Braziliya millisinin sabiq müdafiəçisi Danilo komandanın hazırkı vəziyyəti və 2026-cı il dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az FİFA-nın saytına istinadən xəbər verir ki, “Yuventus”un 34 yaşlı sabiq futbolçusu, milli komandanın braziliyalıların xarakterini əks etdirdiyini və çətinliklərdən sonra daha da güclənməyi bacardığını bildirib:

“Braziliya millisinin futbolçuları çox əziyyət çəkiblər, tez-tez “küldən yenidən doğulublar” və böyük dözümlülük göstəriblər. Biz də irəliləyirik, mübarizə aparırıq, gülürük, ağlayırıq, amma sonunda hər zaman həyatı və qazandıqlarımızı qeyd edirik”.

Hazırda “Flamenqo”nun formasını geyinən Danilo, həmçinin, vurğulayıb ki, hazırkı Braziliya yığması çox gəncdir və futbolçuların böyük hissəsi Avropada çıxış edərək, yüksək peşəkarlıq səviyyəsi qazanıb.

Braziliya millisi DÇ-2026-nın C qrupunda Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə mübarizə aparacaq. 11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button