
“Barselona” oyunçu alırsa, mütləq top səviyyəli olmalıdır”
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubun yay transfer planları ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu, “Barselona”ya transfer olunacaq oyunçuların mütləq yüksək səviyyəli olmalı olduqlarını bildirib:
“Barselona” oyunçu alırsa, o mütləq top səviyyəli olmalıdır. Düzünü desəm, mən dörd orta səviyyəli futbolçudansa, bir yüksək səviyyəli oyunçunun gəlməsini üstün tuturam”.
De Yonq cari mövsümdə 37 oyuna çıxıb, 1 qol vurub və 8 məhsuldar ötürmə verib.
Kataloniya klubu yay transfer dövründə həm hücumçu, həm də mərkəz müdafiəçisi almağı planlaşdırır.
“Barselona” bu mövsüm artıq La Liqanı qazanaraq, ardıcıl ikinci dəfə çempionluğa nail olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



