“Bu qədər ispan futbolçunun xaricdə oynaması təəssüf doğurur”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Real”ın heyətində ispan oyunçuların az olması ilə bağlı suala cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, millinin çalışdırıcısı bunu söyləyib:

“Mən tamamilə öz istedadlarımızın inkişaf etdirilməsinin tərəfdarıyam. Məncə, onların hamısı ən yaxşı çempionat olan La Liqada oynamalıdır. Bu qədər ispan futbolçunun xaricdə oynaması təəssüf doğurur.

Milli komandaya nə qədər çox oyunçu çağıra bilsək, bir o qədər yaxşıdır. Xüsusən də, onlar “Real” kimi yüksək səviyyəli komandada oynasalar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button