
Həkimdən zədə alan Neymar haqda açıqlama
“Santos”un hücumçusu Neymar baldır əzələsindən zədə alıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, klubun tibbi heyətinin nümayəndəsi Rodriqo Zoqayb futbolçunun durumuna aydınlıq gətirib:
“Onun kiçik zədəsi var, şiş əmələ gəlib. Bərpa prosesi plan üzrə getsə, gələn həftə millinin düşərgəsinə yollanacaq”.
34 yaşlı hücumçu qarşıdakı oyunlarda “Santos”a kömək edə bilməyəcək. Buna baxmayaraq, onun Braziliya millisinin düşərgəsinə vaxtında qoşulacağı gözlənilir.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı 2026-cı il dünya çempionatı üçün yekun heyətə daxil edib. “Sambaçılar” qrup mərhələsində Şotlandiya, Mərakeş və Haiti milliləri ilə qarşılaşacaq.
11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



