
Bombardir dünya çempionatını buraxacaq?
Niderland millisinin və “Korintias”ın hücumçusu Memfis Depay yayda keçiriləcək DÇ-2026-dan kənarda qala bilər.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, niderlandlı forvard bud nahiyəsindən aldığı zədədən sonra bərpa prosesini davam etdirirdi. Ancaq o, son günlərdə yeni problemlə üzləşib – bu dəfə digər ayağında da ağrılar yaranıb.
Bildirilir ki, Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının yekun siyahısını bir həftə ərzində açıqlayacaq və 32 yaşlı futbolçunun turnirə düşməmək ehtimalı yüksək qiymətləndirilir. Depay 23 martdan bəri rəsmi oyuna çıxmayıb.
O, Niderland millisinin tarixində ən çox qol vuran futbolçudur – 55 qol. “Narıncılar” qrup mərhələsində Yaponiya, İsveç və Tunis yığmaları ilə qarşılaşacaq.
11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.
Bizi Facebook-da izləyin



