Mourinyonun “Real”la anlaşmasındakı əsas bənd bəlli olub

Hazırda “Benfika”nı çalışdıran Joze Mourinyo yaxın zamanda “Real”ın baş məşqçisi ola bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər müddəti iki il olan müqavilə ilə bağlı razılıq əldə ediblər. Müqavilə cari mövsüm başa çatdıqdan sonra qüvvəyə minəcək. İddialara əsasən, portuqaliyalı mütəxəssis komandanı La Liqa çempionluğuna daşıyacağı halda, müqavilə avtomatik olaraq daha bir il uzadılacaq.

Madrid klubunun rəhbərliyi Mourinyonun iyunun əvvəlindən etibarən işə başlamasını istəyir. 63 yaşlı mütəxəssis “kral klubu”nun “sükanı arxasında” Alvaro Arbeloanı əvəz edəcək. O, daha əvvəl 2010-2013-cü illərdə “Real”ı çalışdırıb.

“Real” İspaniya çempionatının cari mövsümünü turnir cədvəlinin 2-ci pilləsində başa vuracaq. Komanda son tur öncəsi lider “Barselona”dən 11 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button