“Neftçi”nin şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin Misli Premyer Liqasının 23-cü turunda baş tutan “Turan Tovuz”la matçla bağlı İntizam Komitəsinin qərarından şikayətini təmin etməyib.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, klubun azarkeşləri tərəfindən təhqiredici pankart açılması səbəbindən martın 11-də paytaxt təmsilçisinin 15000 manat cərimələnməsi barədə çıxarılan qərar qüvvədə saxlanılıb.

Sözügedən qarşılaşma martın 9-da keçirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button