
“İranlı futbolçular dünya çempionatının bir hissəsi olmağa layiqdirlər”
“Benfika”nın baş məşqçisi Joze Mourinyo İran millisinin 2026-cı il dünya çempionatında iştirak etməli olduğunu düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis idmanla siyasətin fərqli şeylər olduğunu söyləyib:
“İdman və siyasət iki fərqli şeydir. Dünya çempionatına vəsiqə qazanan iranlı futbolçular da turnirin bir hissəsi olmağa layiqdirlər”.
Daha əvvəl xarici mediada İran millisinin ABŞ ilə münaqişə səbəbindən dünya çempionatına gedə bilməyəcəyi barədə məlumatlar yayılıb.
Dünya çempionatı 11 iyun-19 iyul tarixlərində Şimali Amerikada keçiriləcək. ABŞ, Kanada və Meksika turnirə ev sahibliyi edəcək. İran millisi, Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə eyni qrupda yer alıb.
Bizi Facebook-da izləyin



