Messi 907-ci qolunu vurdu

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də “Toronto” ilə matçda (4:1) bir qol vurub və iki məhsuldar ötürmə edib.

Komanda.az xəbər verir ki, bununla da, 38 yaşlı argentinalı forvardın karyerasındakı qollarının sayı 907-yə çatıb. O, “Barselona” forması ilə 672, Argentina millisi ilə 116, “İnter Mayami” ilə 87 və PSJ ilə 32 qol vurub. Bundan əlavə, Messi 410 məhsuldar ötürmə edib.

Cari MLS mövsümündə onun 11 oyunda 9 qolu və 3 məhsuldar ötürməsi var.

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo isə indiyədək 971 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button