
Anri: “Arsenal” bizim edə bilmədiyimizi edə bilər”
“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri “topçular”ın UEFA Çempionlar Liqasını qazanmaq şansları barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu bunu söyləyib:
“Arsenal”ın finala yüksəlməsinə şadam. Ümid edirəm ki, “Arsenal” PSJ-ni məğlub edə bilər. Amma bu, çox çətin olacaq. Finaldan əvvəl əsəbi olacam, çünki komanda bizim edə bilmədiyimizi edə bilər”.
“Arsenal” Çempionlar Liqasının yarımfinalında “Atletiko” ilə qarşılaşıb və rəqibini ümumi 2:1 hesabıyla məğlub edib. Komandanın PSJ ilə final oyunu 30 mayda, Budapeştdə keçiriləcək. Paris klubu turnirin hazırkı çempionudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



