AFFA-nın təşkilatçılığı ilə futbol turniri keçirilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi (AFFA) və Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Avropa Futbol Həftəsi çərçivəsində “Birləşmiş İdman” proqramına uyğun olaraq qızlar və oğlanlar arasında futbol turniri keçirilib.

Komanda.az xəbər verir ki, yarışlarda xüsusi və yardımçı internat məktəblərinin nümayəndələri iştirak ediblər.

Ümumilikdə 10 komandanın mübarizə apardığı turnirin sonunda qaliblər medal, diplom və xüsusi hədiyyələrlə təltif olunublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button