
Kassano ilə Messi arasında maraqlı dialoq
İtaliyalı sabiq futbolçu Antonio Kassano, “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə arasında baş tutan maraqlı dialoq haqda danışıb.
Komanda.az “News Hub”-a istinadən xəbər verir ki, Kassano, argentinalı futbolçuya uzun müddətdir heyran olduğunu ona bu yaxınlarda, üzbəüz görüşdə bildirib:
“Messidən soruşdum: “Futbol tarixində ən böyük olduğunuzu başa düşürsüzmü?” O cavab verdi: “Birinci, ikinci, beşinci, onuncu, on beşinci – bunun nə fərqi var?”
Mən ondan nə demək istədiyini soruşduqda, belə dedi: “Bu, mənim üçün heç nəyi dəyişmir. Mən sadəcə, futbolu sevirəm və bundan zövq aldığım üçün daha üç-dörd il oynaya bilərəm”.
Messi gələn ay 39 yaşını qeyd edəcək. O, 2023-cü ildən bəri “İnter Mayami”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



