Azərbaycan taekvondoçularından Gürcüstandakı turnirdə üç medal

Azərbaycan taekvondoçuları Gürcestanda keçirilmiş “Georgian Liga Open” turnirində dörd medal qazanıblar.

Bu barədə Komanda.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Masallı taekvondo klubunun üzvlərindən kiçik yeniyetmələr arasında Ayan Əliyeva (27 kq) qızıl, Yunis Həşimli (24 kq) və Əli Əliyev (27 kq) bürünc mükafata sahib çıxıblar.

Yeniyetmələr arasında yarışda isə Zaur Rəsulzadə (45 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button