
Azərbaycan kubokunun final oyununun biletləri satışa çıxarılıb
Azərbaycan kubokunun final oyununun biletləri satışa çıxarılıb.
Bu barədə Komanda.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.
“Sabah” – “Zirə” qarşılaşmasının biletlərini bu gündən etibarən “iticket.az” saytından əldə etmək mümkündür. Matçın biletlərinin qiymətiləri yerlərdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 (“VIP Gold”) manatdır.
Oyun mayın 13-də “Palms Sports Arena”da, saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



