“Modriç “Milan”ın oyunçuları üçün texniki mayakdır” – Sabiq futbolçu

“Milan”ın sabiq hücumçusu Marko Simone komandanın yarımmüdafiəçisi Luka Modriçin oyunundan təsirlənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xorvatiyalı futbolçunun daha iki-üç il oynaya biləcəyinə inanır:

“Modriç “Milan”ın oyunçuları üçün texniki mayakdır. O, onlara lider olmağın nə demək olduğunu göstərir. A Seriyasının yavaş tempini nəzərə alsaq, o, meydanda daha iki-üç il keçirə bilər”.

Bir neçə gün əvvəl Modriçin zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacağı açıqlanıb.

“Milan” hazırda A Seriyasının turnir cədvəlində 3-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button