
Arbeloa Karvahalı ehtiyatda saxlamasının səbəbini açıqladı
“Real”ın baş məşqçisi Alvaro Arbeloa müdafiənin sağ cinahında Trent Aleksander-Arnoldu niyə Dani Karvahaldan üstün tutduğunu izah edib.
Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis qərarının tamamilə idman prinsipinə əsaslandığını və hər oyunda ən yaxşı formada olan futbolçuya şans verdiyini bildirib:
“Trent yüksək səviyyədə futbol nümayiş etdirir, onun oyunu şübhə doğurmur. Mənim üçün hər matç həyat və ölüm kimidir. Meydançaya çıxardığım futbolçuya inandığım üçün onu seçirəm və bunun qələbəyə kömək edəcəyini düşünürəm. Mən heç kimə dəqiqə hədiyyə etmirəm”.
Aleksander-Arnold cari mövsümdə bütün turnirlərdə 25 oyuna çıxıb və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



