İngiltərə klubu Simeoneni baş məşqçi postuna gətirmək istəyir

“Çelsi” baş məşqçi postu üçün yeni namizəd müəyyənləşdirib.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, londonlular hazırda “Atletiko”ya rəhbərlik edən Dieqo Simeone ilə maraqlanır.

Argentinalı mütəxəssisin dəvətində əsas səbəb “Çelsi”nin indiki baş məşqçisi Liam Rosenyorun rəhbərliyi altında qeyri-sabit nəticələr göstərməsidir. Klub rəhbərliyi vəziyyəti dəyişmək üçün Simeoneyə üstünlük verməyi düşünür.

Simeone 2011-ci ildən bəri “Atletiko”nun “sükanı arxasında”dır. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button