Braziliyalı müdafiəçi “Mançester Siti”yə dönmək istəyir

“Mançester Siti”dən icarə əsasında “Jirona”da çıxış edən braziliyalı müdafiəçi Vitor Reys İngiltərəyə qayıtmaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu gələn mövsüm “Mançester Siti”yə dönərək, Pep Qvardiolanın rəhbərlik etdiyi komandada yer almağı hədəfləyir. O, məqsədinin klubun layihəsinin bir hissəsinə çevrilmək və əsas heyətdə rol qazanmaq olduğunu bildirib.

“Mançester Siti” Reysi 2025-ci ilin yanvarında, “Palmeyras”dan 37 milyon avroya transfer edib. O, həmin ilin avqustundan etibarən “Jirona”da icarə əsasında çıxış edir.

Reys “Jirona”nın heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button