
İtaliya klubu Qoretskaya 3 illik müqavilə təklif edib
“Milan” “Bayern”in yarımmüdafiəçisi Leon Qoretskanı heyətinə qatmağa çalışır.
31 yaşlı futbolçu mövsümün sonunda azad agent statusu alacaq. Münhen təmsilçisi artıq onun komandadan ayrılacağını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qoretska “qırmızı-qaralar”ın baş məşqçisi Massimiliano Alleqri üçün əsas transfer hədəfidir.
Almaniyalı futbolçuya artıq illik 5 milyon avro maaşla müddəti 3 il olan müqavilə təklif olunub. Bununla belə, yarımmüdafiəçi ilə maraqlanan başqa klublar da var.
Qoretska 2018-ci ildən “Bayern”də çıxış edir. O, bu mövsüm Vensan Kompaninin rəhbərlik etdiyi komandada bütün turnirlərdə 40 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



