“Liverpul” 9 futbolçu və baş məşqçi ilə yollarını ayıra bilər

“Liverpul”da 2025/26 mövsümünün uğursuz keçməsindən sonra ciddi dəyişikliklər gözlənilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yayda komandadan doqquz futbolçu və baş məşqçi Arne Slot ayrıla bilər.

Klub rəhbərliyi uğursuz mövsümün səbəblərini araşdırır və heyətdə köklü yenilənməyə hazırlaşır. Artıq Endryu Robertson və Məhəmməd Salahla yolların ayrılacağı dəqiqləşib. Hər iki futbolçunun müqaviləsinin müddəti başa çatır və klub onları yeniləmək niyyətində deyil.

Bundan əlavə, Kalvin Remzi, Ris Uilyams, Cozef Qomes, Aleksis Makallister, Harvi Elliot, Kortis Cons və Federiko Kyeza da komandadan ayrıla biləcək futbolçular siyahısındadır.

Həmçinin, mövsümü titulsuz tamamlayan baş məşqçi Arne Slotun da vəzifəsində qalıb-qalmayacağı sual altındadır.

“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində UEFA Çempionlar Liqası zonasından kənarda qərarlaşıb. Komanda bütün kubok yarışlarından, həmçinin, Çempionlar Liqası mübarizəsindən kənar qalıb və ölkə çempionatında yalnız nəzəri çempionluq şansını qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button