
“Kəpəz” “İmişli”yə, “Qəbələ” “Sumqayıt”a uduzdu
Aprelin 17-də Azərbaycan Premyer Liqasında 28-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub. Hər iki oyunda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalar qarşılaşıb.
Turun ilk oyunu “Araz-Naxçıvan”la “Turan Tovuz” arasında keçirilib. Tovuz təmsilçisi 3 cavabsız qolla qalib gəlib.
“Zirə” isə öz meydanında “Neftçi”ni qəbul edib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Dünən daha iki oyun olub. Öncə autsayder “Karvan-Yevlax” doğma meydanda “Şamaxı” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə bitib.
Turun mərkəzi oyunu da dünən keçirilib. Çempionluq uğrunda mübarizə aparan “Qarabağ”la “Sabah” qarşı-qarşıya gəlib. Turnir cədvəlinin lideri olan Masazır təmsilçisi bu matçda qalib gəlsə, çempionluğu böyük ölçüdə təmin etmiş olacaqdı. “Qarabağ”ın qələbəsi isə mübarizəni qarşıdakı daha bir neçə tura daşıyacaqdı. Görüş “Sabah”ın qələbəsi ilə yekunlaşıb.
Tura bu gün yekun vurulub. “Kəpəz” Yevlaxda “İmişli” ilə üz-üzə gəlib və məğlub olub.
Turun son oyunu Sumqayıtda keçirilib. “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib və minimal hesabla üstün olub.
Azərbaycan Premyer Liqası, 28-ci tur
17 aprel
Araz-Naxçıvan – Turan Tovuz 0:3
Qollar: İbrahima Vadji, 71. Joarlem Santos, 82; 90+2.
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
“SOCAR Polymer Arena”
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov (k) 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos
Ehtiyat oyunçular: 12. Kristian Avram 34. Ürfan Abbasov 3. Bəxtiyar Həsənalızadə 14. Ülvi İsgəndərov 86. İbrahim Piriyev 6. Patrik Andrade 11. Ba-Muaka Simakala 70. Şarl Boli 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko
Turan Tovuz: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 6. Fərid Yusifli 99. İbrahima Vadji 9. Coş Cinnelli 8. David Tavareş
Baş məşqçi: Kurban Berdıyev
Zirə – Neftçi 1:1
Qollar: Brahim Konate, 90+4 – İmad Faraj, 63.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zirə İdman Kompleksinin stadionu
Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 70. Andrey Ştoqrin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.
18 aprel
Karvan-Yevlax – Şamaxı 1:0
Qol: Coy Mikels, 39.
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu
Karvan-Yevlax: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 8. Peter Kings 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 17. Samir Abdullayev 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 10. Samuel Durrant 4. Olavale Doyeni
Baş məşqçi: Fizuli Məmmədov
Şamaxı: 62. Abdulla Seydəhmədov 5. Arsen Ağcabəyov (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 2. Abdulla Rzayev 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov
Qarabağ – Sabah 0:1
Qol: Abdulla Xaybullayev, 45.
Qırmızı vərəqə: Abdulla Xaybullayev, 46.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30
Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydıyev, 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 83. Stefan Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
19 aprel
Kəpəz – İmişli 0:1
Qol: Azər Salahlı, 38.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Yevlax şəhər stadionu
Kəpəz: 33. Yusif İmanov 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 17. Ümid Səmədov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 80. Şahnur İsmayılov 57. Amur Yusifov 10. Ryonosuke Ohori
Baş məşqçi: Azər Bağırov
İmişli: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr
Ehtiyat oyunçular: 99. İmam Əli 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 30. Xəlil Mürsəlli 79. Dioqo Kardozu 17. Ezekiel Morqan
Baş məşqçi: Jorj Kaşkilya
Sumqayıt – Qəbələ 1:0
Qol: Höccət Haqverdi, 19.
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamranbəy Rəhimov
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Sumqayıt: 22. Xəyal Fərzullayev (k) 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 75. Nadir Orucov 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 6. Sedrik Badolo 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 97. Vüsal Paşayev 9. Aleksandr Ramalinqom 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç
Qəbələ: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare
Baş məşqçi: Kaxaber Tsxadadze

Bizi Facebook-da izləyin



