Barkola Çempionlar Liqası matçına hazırdır

PSJ-nin futbolçusu Bredli Barkola komandasının məşqlərinə qayıdıb və UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Liverpul”la keçiriləcək oyunlarda iştirak edə bilər.

23 yaşlı futbolçu son iki Liqa 1 oyununu zədə səbəbindən buraxmışdı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu artıq komanda ilə məşqlərə qoşulub və “Liverpul”a qarşı oyuna hazır vəziyyətdədir.

Barkola bu mövsüm bütün turnirlər daxil olmaqla 38 matçda meydana çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə verib.

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində sabah Parisdə keçiriləcək PSJ – “Liverpul” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button