DÇ-2026-nın əsas favoritləri bilindi

Bu ilin yayında keçiriləcək futbol üzrə dünya çempionatının əsas favoritləri müəyyənləşib.

Komanda.az “Goal” portalının analitiklərinin qiymətləndirməsinə istinadən xəbər verir ki, turnirin ən böyük favoriti İspaniya millisi hesab olunur. Son Avropa çempionu olan ispanlar siyahıya başçılıq edirlər.

Siyahıda ikinci pillədə hazırkı dünya çempionu Argentina millisi qərarlaşıb. İlk üçlüyü isə Fransa millisi tamamlayır.

İlk 10-luqda yer alan digər milli komandalar isə bunlardır: Portuqaliya, İngiltərə, Almaniya, Niderland, İsveçrə, Norveç və Belçika.

Braziliya millisi 11-ci pillədə qərarlaşıb.

DÇ-2026 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək və turnirə 48 komanda qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button