
La Liqa klubu Edersonla anlaşıb
“Atalanta”nın yarımmüdafiəçisi Ederson karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində “Atletiko” maraqlıdır. Madridlilər artıq onun transferi ilə bağlı danışıqlar aparıb və yay keçidi üçün ilkin razılıq əldə edib.
Braziliyalı futbolçunun “Atalanta” ilə müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir.
O, cari mövsümdə İtaliya çempionatında 23 oyunda iştirak edib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



