Neymar Ançelottinin planlarına daxil deyil

Braziliya futbolunda dünya çempionatı öncəsi ən çox müzakirə olunan mövzulardan biri Neymarın milli komandaya mümkün qayıdışıdır.

Hazırda “Santos”da çıxış edən 34 yaşlı futbolçu mart toplanışına dəvət almasa da, hələ də qarşıdakı dünya çempionatında iştirak edəcəyinə ümid edir.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, Braziliya millisində Neymarın DÇ-2026 üçün yekun heyətə daxil edilməsi planlaşdırılmır. Görünən odur ki, hücumçu milli komandaların mötəbər turnirində bir daha çıxış etməyəcək.

Braziliya mətbuatı da xəbər verir ki, baş məşqçi Karlo Ançelottinin rəhbərlik etdiyi məşqçilər heyəti Neymarı qarşıdakı aylarda keçiriləcək toplanışlara dəvət etməyi düşünmür.

Mundial 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button