
Pike: “Məşqçi olmaq mənlik deyil”
“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Jerar Pike məşqçilik karyerasına başlamaq niyyətində olmadığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu peşənin ona uyğunsuz olduğunu bildirib:
“Özümü heç vaxt məşqçi kimi təsəvvür etməmişəm. Bu işdə şişmiş eqolarla işləmək, davamlı məşqlər və səfərlər var – bunlar mənlik deyil. Karyeramı bitirdikdən sonra futboldan bir qədər uzaqlaşmaq istədim və yaxın gələcəkdə fikrimin dəyişəcəyini düşünmürəm”.
Pike 2022-ci ilin sonunda karyerasını başa vurub. O, “Barselona”nın heyətində 600-dən çox oyun keçirib, 9 dəfə İspaniya çempionu olub və 4 dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



