“İtaliya hazırda dünya futbolunun gülüş obyektidir”

İtaliya millisinin sabiq futbolçusu Alessandro Del Pyero yığmanın növbəti dəfə dünya çempionatına vəsiqə qazana bilməməsinə münasibət bildirib.

İtaliya yığması ardıcıl üçüncü dəfə mundialdan kənarda qalıb. Cennaro Qattuzonun rəhbərlik etdiyi komanda DÇ-2026-ya vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovina yığmasına (əsas və əlavə vaxtı 1:1) penaltilər seriyasında məğlub olub – 1:4.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Del Pyero vəziyyəti kəskin tənqid edib:

“İtaliya hazırda dünya futbolunun gülüş obyektidir. Ardıcıl üç dünya çempionatını buraxmaq faktını qəbul etmək çox çətindir. Belə böyük futbol ölkəsinin bir nəsil oyunçusu mundialsız necə qala bilər? İtaliya dördqat dünya çempionudur, amma artıq 20 ildir mundialda qol belə, vurmur. Əvvəllər bizdə dünya səviyyəli futbolçular var idi, indi isə ümumi səviyyə arzuolunan deyil”.

Alessandro Del Pyero 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button