Kolo-Muani qərarını verib

PSJ-nin hücumçusu Randal Kolo-Muani gələcək karyerası ilə bağlı qərarını verib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, hazırda icarə əsasında “Tottenhem”də çıxış edən fransalı futbolçu komandada qalmaq niyyətində deyil.

Kolo-Muani yenidən “Yuventus”a qayıtmaq istəyir. O, İngiltərəyə icarəyə göndərilməzdən əvvəl də Turin təmsilçisinin formasını geyinib və yenidən həmin komandada çıxış etməyə müsbət yanaşır.

27 yaşlı forvard “Tottenhem”də çıxış etdiyi müddətdə bütün turnirlər daxil olmaqla 34 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button