
“Laporta 2015-ci ildə məni təbrik etməyə belə, gəlmədi” – Sabiq prezident
“Barselona”nın sabiq prezidenti Xosep Bartomeu klubun hazırkı rəhbəri Xuan Laporta ilə artıq heç bir münasibət saxlamadığını açıq şəkildə bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, münasibətlərinin yaxşı olmadığını etiraf edib:
“Sonuncu dəfə 2015-ci ildə, prezident seçkilərində onu məğlub etdiyim zaman görüşmüşdük. O, məni təbrik etməyə belə, gəlmədi”.
Bartomeu 2014-cü ildən 2020-ci ilə qədər “Barselona”da çalışıb. Kataloniya klubu hazırda İspaniya liqasının turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



