Laporta: “Yamal sadəcə oyunçu deyil, o, dahidir”

“Barselona”nın prezidenti Xuan Laporta komandanın hücumçusu Lamin Yamalı tərifləyib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun uzun müddət əsas oyunçu olaraq qalacağını deyib:

“Yamal sadəcə oyunçu deyil, o, dahidir. Onun “Barselona”ya olan sədaqəti heç bir sərhəd tanımır və o, layihənin uzunmüddətli gələcəyində əsas fiqur olacaq”.

Martın 15-də “Barselona”da prezident seçkiləri keçirilib və nəticədə, Laporta yenidən klubun prezidenti seçilib.

“Barselona” bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda (ilk matç – 1:1) “Nyukasl”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button