
Totti baş məşqçi olacaq
“Roma”nın sabiq futbolçusu Françesko Totti keçmiş klubuna qayıtmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin rəhbərliyi 49 yaşlı Totti ilə onu baş məşqçi təyin etmək barədə razılığa gəlib.
Danışıqlar son mərhələdədir və Tottinin kluba rəsmi qayıdışı tezliklə açıqlanacaq.
Totti 1993-cü ildə başlayan futbolçu karyerasının tamamını “Roma”da keçirib, 785 oyunda iştirak edib, 307 qol vurub və 205 məhsuldar ötürmə verib.
O, 2017-ci ilin iyulunda futbolçu karyerasını başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



