DÇ-2026: FİFA prezidenti öz favoritini açıqladı

FİFA-nın prezidenti Canni İnfantino qarşıdan gələn 2026-cı il dünya çempionatının favoritləri haqqında danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, o, İspaniya millisinin qələbə üçün əsas namizədlərdən biri olduğunu vurğulayıb:

“Əlbəttə ki, İspaniya digərləri ilə yanaşı, favoritlərdən biridir. Biz artıq İspaniyanın güclü tərəflərini bilirik. Reytinqdə birinci yeri tutan komanda dünya kubokunun favoritləri arasında olmalıdır”.

DÇ-2026 11 iyun-19 iyul tarixlərində üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək. İspaniya yığması H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay milliləri ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button