Tanınmış futbolçu İrana gedib ölkəsi üçün mübarizə aparacaq? – Açıqlama

İranlı hücumçu Mehdi Taremi haqqında Qərb mediasında yayılan iddialara aydınlıq gətirilib. Hazırda Yunanıstan çempionatında “Olimpiakos”un formasını geyinən futbolçunun guya İrana qayıdaraq, siyasi mübarizəyə qoşulacağı barədə xəbərlər yayılmışdı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi nəşrlər Tareminin ölkəsinə dönərək, demokratiya uğrunda mübarizəyə rəhbərlik edə biləcəyini yazsa da, futbolçunun agenti bu məlumatları təkzib edib.

Oyunçunun meneceri Federiko Pastorello yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:

“Son günlərdə səsləndirilən bu açıqlamalar reallığa qətiyyən uyğun deyil. Mehdi peşəkar futbolçudur və ilk növbədə karyerası haqqında düşünür. Mövcud vəziyyətdə nə dediyini və bunun necə yozula biləcəyini diqqətlə nəzərə almaq vacibdir”.

33 yaşlı futbolçu karyerası ərzində “İnter”in də formasını geyinib.

Son günlərdə İrana İsrailin və ABŞ-nin hücumları davam edir. Bu ölkələr İranda mövcud rejimi dəyişdirmək istədiklərini bildiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button