
Deku “Atletiko” ilə oyunda nəyə əsəbiləşib?
“Barselona”nın idman direktoru Deku İspaniya kubokunun yarımfinalında “Atletiko” üzərində 3:0 hesablı qələbədən sonra açıqlama verib.
Kataloniya təmsilçisi cavab matçında qalib gəlsə də, ilk matçda qeydə alınan 0:4 hesablı məğlubiyyət iki oyunun nəticəsinə əsasən finala yüksəlmək üçün kifayət etməyib və komanda turnirlə vidalaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi oyundan sonra geridönüşün çətin olacağının əvvəldən bəlli olduğunu bildirib:
“Bu gün (dünən) üç qol vurduq, amma ilk oyundakı 0:4-dən sonra vəziyyəti dəyişməyin son dərəcə çətin olduğu aydın idi. Məhz buna görə də, ilk qarşılaşmada Pau Kubarsinin ləğv olunan qoluna çox əsəbiləşmişdim”.
Madrid səfərində müdafiəçi Pau Kubarsi ikinci hissənin əvvəlində fərqlənmişdi. Həmin anda tabloda hesab 4:0 “Atletiko”nun xeyrinə idi. Ancaq hakimlər oyundankənar vəziyyət qərarı ilə qolu qeydə almamışdılar.
Bizi Facebook-da izləyin



