
“Barselona”ya 3:0 bəs etmədi
İspaniya kubokunun ilk finalçısı müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Barselona” yarımfinalın cavab görüşündə “Atletiko”nu qəbul edib.
İlk oyunda 0:4 hesabıyla uduzmuş Kataloniya təmsilçisi cavab görüşündə 3 cavabsız qol vursa da, bu, mərhələ adlamaq üçün yetərsiz olub. Nəticədə “Atletiko” ilk finalçı olub.
İspaniya kuboku
Yarımfinalın cavab oyunları
3 mart
Barselona – Atletiko 3:0
Qollar: Bernal, 29; 72. Rafinya, 45+4-pen.
İlk oyun – 0:4.
4 mart
00:00. Real Sosyedad – Atletik
İlk oyun – 1:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



