
Azərbaycan millisi bu gün Şimali Makedoniyanı qəbul edəcək
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2029-un seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda Şimali Makedoniya yığmasını qəbul edəcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.
Daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.
A qrupunda Şimali Makedoniya 6 xalla liderdir. Lüksemburq 5 xalla ikinci, Azərbaycan millisi 4 xalla üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



