
Ouen “Arsenal”ın hücumçusu haqda: “Onunla bağlı hələ də suallar var”
İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen, “Arsenal”ın forvardı Viktor Qyokereşin performansı haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, isveçli futbolçunun oyunu haqda bunları deyib:
“Qyokereşin oyununu çox bəyənirəm, eyni zamanda bir çox zəif cəhətləri də görürəm. Düşünmürəm ki, onun “Arsenal”dakı uzunmüddətli gələcəyi ilə bağlı yalnız bir oyuna əsaslanaraq nəticə çıxarmalıyıq. Onunla bağlı hələ də suallar var”.
Qyokereş “Tottenhem”lə derbidə (4:1) iki qol vurub və oyununa görə tərif qazanıb. 27 yaşlı forvard “Arsenal”ın heyətində ümumilikdə 36 oyunda 15 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



