Evdə qələbəni unudan komanda

“Everton” İngiltərə Premyer Liqasında evdə qələbəsiz oyunlar seriyasını davam etdirir. Komanda 27-ci turun son qarşılaşmasında “Mançester Yunayted”ə məğlub olub – 0:1.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Liverpul təmsilçisi ardıcıl 7 ev matçında qalib gələ bilməyərək növbəti uğursuz nəticə ilə üzləşib.

“Everton” sonuncu dəfə dekabrın əvvəlində, öz meydanında “Nottingem Forest” üzərində 3:0 hesablı qələbə qazanmışdı. Komanda bundan sonra keçirilən yeddi oyunda 2 heç-heçə edib, 5 dəfə isə məğlub olub.

“Everton” hazırda Premyer Liqada 37 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Komanda növbəti turda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında bu gün “Qarabağ”la qarşılaşacaq “Nyukasl”ın qonağı olacaq. “Sağsağanlar” ilk oyunda Bakıda ağdamlıları 6:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button