Kubokun finalçıları müəyyənləşdi

Basketbol üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu, “Gəncə” və “Şəki” arasında keçirilən yarımfinal oyunundan sonra bəlli olub.

Bakı İdman Sarayında təşkil olunan matçda rəqibini 97:71 hesabı ilə məğlub edən Gəncə kollektivi adını finala yazdırıb.

Qərb təmsilçisinin həlledici raunddakı rəqibi “Ordu”nu 83:66 hesabı ilə üstələyən “Sabah” kollektivi olacaq.

Azərbaycan Kubokunun final matçı fevralın 22-də, saat 17:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button