
Kapello “İnter”in məğlubiyyətinə görə meydançanı günahlandırdı
İtaliyalı mütəxəssis Fabio Kapello “İnter”in UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Norveçdə “Budo Qlimt”ə məğlubiyyətinin səbəbini (1:3) meydançanın ot örtüyündə görür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “İnter”in növbəti mərhələyə çıxmaq üçün hələ də yaxşı şansları olduğunu bildirib:
“İnter” üçün həmin meydanda oynamaq çox çətin idi. Meydançanın örtüyü dəyişdirilmədi və bu, açıq şəkildə hiss olunurdu, komandanın çıxışını çətinləşdirirdi”.
70 yaşlı mütəxəssis əlavə edib ki, “San Siro”dakı normal meydanda vəziyyət tamamilə fərqli olacaq:
“İnter”in hələ də növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansları var”.
Kapello karyerası ərzində “Real”, “Milan”, “Yuventus” kimi klublarda çalışıb.
Bizi Facebook-da izləyin



