Rəcəbovun yarımfinaldakı rəqibi bilindi

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya kubokunda mübarizəni davam etdirən Azərbaycan şahmatçısı Teymur Rəcəbovun yarımfinaldakı rəqibi bəlli olub.

Komanda.az xəbər verir ki, 32 yaşlı qrossmeyster finala gedən yolda Fransa təmsilçisi Maksim Vaşye-Laqravla qarşılaşacaq.

Vaşye-Laqrav 1/4 finalda ermənistanlı Levon Aronyanı məğlub edib.

Yarımfinal qarşılaşmaları 26-28 sentyabrda keçiriləcək. Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda, belə bir hüquqa yiyələnə bilər.

Sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardı. Qalib 110 min, finalçı isə 80 min dollar qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button