
“Tottenhem” “sükan”ı Tudora tapşırıb
“Yuventus”un sabiq baş məşqçisi İqor Tudor “Tottenhem”lə qısamüddətli müqavilə imzalayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sözləşmə 2025/26 mövsümünün sonuna qədər qüvvədə olacaq və bundan sonra klub digər namizədi təsdiqləyəcək.
“Tottenhem” daha əvvəl Tomas Frankın baş məşqçi vəzifəsindən istefa verdiyini açıqlamışdı. Londonlular hazırda 26 oyundan sonra 29 xalla Premyer Liqada turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Komanda Avropa Liqasının hazırkı çempionudur və bu uğuru sabiq baş məşqçisi Angelos Postekoqlunun rəhbərliyi altında qazanıb.
Tomas Frank 2025-ci ilin yayından “Tottenhem”ə rəhbərlik edirdi. Klub hələlik Tudorun təyinatını rəsmi olaraq açıqlamayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



