Messi sıradan çıxdı, oyun təxirə salındı

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in yeni mövsümü ərəfəsində zədə alıb.

ABŞ klubu bununla bağlı rəsmi açıqlama yayıb və “İndependyente del Valye”yə qarşı keçirilməsi planlaşdırılan yoxlama matçının təxirə salındığını bildirib.

Komanda.az MLS təmsilçisinin açıqlamasını təqdim edir:

“Azarkeşlərin komandamızın hər oyununu səbirsizliklə gözlədiyini bilirik. Ümid edirik ki, bu oyun yaxın zamanda baş tutacaq”.

Qarşılaşma fevralın 14-nə planlaşdırılmışdı. Ancaq son qərara əsasən, oyun 26 fevralda keçiriləcək.

38 yaşlı futbolçu Ekvadorun “Barselona” komandası ilə yoxlama matçında zədələnib. Müayinələr nəticəsində onun sol bud nahiyəsindən zədə aldığı müəyyənləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button