
Reşford “Atletiko” ilə matçı buraxacaq
“Barselona”nın hücumçusu Markus Reşford İspaniya kubokunda “Atletiko” ilə keçiriləcək oyun ərəfəsində komanda ilə məşq etməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu La Liqanın son turunda, “Malyorka” ilə oyunda (3:0) ciddi zədə alıb. Bu səbəbdən, onun “Atletiko”ya qarşı matçda meydana çıxmayacağı ehtimal olunur.
27 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 34 matçda iştirak edib, 10 qol vurub və 13 məhsuldar ötürmə verib.
İspaniya kubokunun yarımfinal mərhələsində “Atletiko” – “Barselona” matçı sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



