
Hakimlər Komitəsinin sədri 17-ci turun mübahisəli epizodlarını şərh etdi
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, “İmişli” – “Araz-Naxçıvan” (2:2) və “Sabah” – “Karvan-Yevlax” (4:1) matçlarındakı ümumilikdə 5 mübahisəli epizodu dəyərləndirib.
Mütəxəssis hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



