
“Qarabağ”ın rəqibi ingiltərəli futbolçunun transferi ilə bağlı danışıq aparıb
“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton karyerasını “Liverpul”da davam etdirə bilər.
Komanda.az “DaveOCKOP”-a istinadən xəbər verir ki, tərəflər artıq mümkün transferlə bağlı danışıqlar aparıblar.
Digər böyük klubların marağına baxmayaraq, 21 yaşlı futbolçu üçün “Enfild”ə keçid karyerasını inkişaf etdirmək baxımından prioritet seçimdir.
İngiltərəli yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər üzrə 31 oyuna çıxıb və 3 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
“Liverpul” bu gün UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



