“Karvan-Yevlax” yeni baş məşqçisinin təyinatını rəsmən açıqladı

“Karvan-Yevlax” Füzuli Məmmədovun baş məşqçi postuna təyinatını açıqlayıb.

Bu barədə Komanda.az-a Yevlax təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Klub rəhbərliyinin qərarına əsasən, bir müddət komandada məşqçi kimi fəaliyyət göstərən Fizuli Məmmədovla mövsümün sonunadək olan müqavilə imzalanıb.

Onun köməkçiləri ilə də anlaşma əldə olunub.

“Karvan-Yevlax” hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində 6 xalla sonuncu – 12-ci pillədə yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button